Arəstə Baxışova beynəlxalq medal ilə təltif olundu - FOTO

Arəstə Baxışova beynəlxalq medal ilə təltif olundu - FOTO
Dünyanın 18 ölkəsinin 25 görkəmli tibb bacısı silahlı konflikt və ya təbii fəlakət qurbanlarına müstəsna cəsarət və fədakarlıqları münasibətilə verilən beynəlxalq "Florens Naytinqeyl” medalı ilə təltif olunub.

Mükafatla layiq görülənlər arasında Azərbaycanın Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da var.

Qeyd edilir ki, COVID-19 pandemiyasının əvvəlindən 19 tibb bacısı tez-tez mürəkkəb şəraitdə çalışıblar. Onlar müxtəlif səbəblərdən dünyalarını dəyişiblər. "Florens Naytinqeyl” medalının verilməsi üzrə Komissiya Beynəlxalq Tibb Bacıları Günü münasibəti ilə həmin tibb bacılarının xüsusi sədaqətini ayrıca qeyd edib.

Medalı alanlar öz ölkələrinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və ya Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinın yerli qurumları və bu təşkilatların komissiyaları tərəfindən təyin ediliblər.

Qeyd etdiyimiz kimi, Azərbaycandan bu mükafata Vətən müharibəsinin yeganə şəhid qadını, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri Arəstə Baxışova ölümündən sonra layiq görülüb. Onun hərbi münaqişə və təbii fəlakətlər vəziyyətində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə fəal əməkdaşlıq etməsi vurğulanıb.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb.

O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və iləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Xatırladaq ki, mükafata layiq görülənlər arasında Avstraliyadan Bernadett Qlison, Belarusdan Lyudmila Buzel, Elvira Şabanova, Çindən Şouçjen Çen, Minxua Xu, Yali Tuo, Kota-Rikadan Kristofer Lyuis Kalderon Beyli, eləcə də Danimarkadan Yeva Corcunq Nikolson, Finlandiyadan Yorma Yokela və digərləri də var.
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...