Aqrar sahədə subsidiyaların verilməsinin yeni hüquqi mexanizmləri - ŞƏRH

Aqrar sahədə subsidiyaların verilməsinin yeni hüquqi mexanizmləri - ŞƏRH


 

Hələ, 19 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 413 nömrəli Fərmanınında aqrar sahəyə dövlət dəstəyinin konsepsiyasının, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının hazırlanması barədə göstəriş verilmişdir. Məhz bu yeni mexanizmin formalaşdırılması, aqrar sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə həmin fərmanın tələblərindən irəli gələrək 27 iyun 2019-cu il tarixdə AR Prezidenti cənab İlham Əliyev "Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydaları”nı təsdiq etmişdir.

Yeni qaydalar fermerlərə subsidiyanın verilməsinin, dövlətin maliyyə güzəştinin əlçatanlığını asanlaşdırmışdır. İlin sonunadək fermerlər elektron sistemdə qeydiyyatdan keçəcəklər, lazimi sənədləri qeydiyyata aldıracaqlar, daha sonra olduqları məkanlardan kənara getmədən sadələşdirilmiş qaydada fəaliyyət sahələrinə uyğun verilən subsidiya imkanlarından faydalana biləcəklər. Bu eyni zamanda operativ qərarların verilməsini asanlaşdıracaq. Yerli xüsusiyyəti, məhsuldarlılıq və gəlilik baxımından ciddi təhlil aparılması məqsədilə Aqrar subsidiya şurası yaradılacaq ki, bu şura vasitəsilə stimullaşdırıcı qərarlar asanlıqla verilə biləcək.

Bütün bunlara baxmayaraq subsidiya ayrılmayan aqrar sahənin digər istiqamətləri də inkişafdan qalmamalıdır. Digər sahələrlə də bağlı mütəmadi istehsal vasitələrinin təkmilləşdirilməsi məşğulluq baxımından daim dövlət nəzarətində saxlanması nəzərdə tutulmuşdur.

Kəmiyyət göstəriciləri ilə yanaşı istehsal edilmiş məhsulun məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi təbii ki, bitkiçilikdə toxumçuluqdan asılıdı. Bu fərmanla keyfiyyətli toxum subsidiyaları məsələsi də xüsusi diqqətə çatdırılmışdır.

Elektron sistem vasitəsilə fermerlər əldə etdiyi subsidiyaların bir qismini nağdlaşdıra biləcək, digər qismini isə elektron sistem vasitəsilə qeydiyyatdan keçən tədarükçülərdən toxum və gübrə əldə edə biləcəklər. Təbii ki, keyfiyyətli toxumla təminat məhsuldarlığın inkişafına real imkanlar yaradacaq.

Yeni subsidiya mexanizmi əkin sahələri kiçik olan fermerlərin birləşərək korperativlər təşkil etməklə əlavə 10 faiz subsidiyadan yararlanmasına da şərait yaradır. Belə ki,bir çox hallarda əkin sahələri kiçik olan fermerlər istehsal vasitələrindən də səmərəli istifadə edə bilmir, istehsal etdiyi məhsul rəqabətə davam gətirmirdi. Lakin onların birləşərək korperativlər yaratması təşkilati işlərin, texnika ilə təminatın, məhsulların satışının səmərəli təşkilinə köməklik edəcək.

Beləliklə, hazırki qaydalarla subsidiya almaq ilin sonunadək mümkün olacaq. Lakin 2020-ci ilin yanvarın 1-dən elektron sistem tam işə düşəcək və yalnız yeni qaydalarla subsidiya almaq mümkün olacaq. Həmin vaxtadək maarifləndirici tədbir görülməli, dövlət orqanları arasında bu mexanizmlərin tətbiq edilməsi ilə bağlı əlaqələr səmərəli şəkildə qurulmalı, kompleks işi təşkil edilməlidir.

 

 

 

 

Roman Qaraşov

AR Vəkillər Kollegiyasının üzvü,Vəkil

 

OXŞAR XƏBƏRLƏR