Aprelin 20-dən sonra karantin rejimi artırıla bilərmi? - RƏSMİ AÇIQLAMA

Aprelin 20-dən sonra karantin rejimi artırıla bilərmi? - RƏSMİ AÇIQLAMA
 

"Vəziyyətin daha sərtləşməsinə ehtiyac ola bilər. Faktlar göstərir ki, etmirik”.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, bu dinamika qalarsa çox güman ki ayın 20-dən sonra nəinki uzadıla bilər hətta vəziyyət sərtləşdirilə bilər:

"Statistika göstərir ki, vətəndaşlar rejimə əməl etmirlər”.

Məlumat üçün bildirək ki, təkcə bu gün ölkədə daha 105 nəfər koronavirusa yoluxub. Koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...