Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi - FOTO

Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi - FOTO
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Sfera.az-ın məlumatına görə, söhbət Səfərbərlik Xidmətinin çağırışı ilə döyüşə yollanan Hüseynov Orxan Ələkbər oğlundan gedir.

Sonuncu dəfə oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayan Orxan, Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 25 yaşlı şəhidimiz bu gün Balakənin Hənifə kəndində, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Orxanın atası Ələkbər Hüseynov bir neçə il öncə vəfat edib. Şəhidimizin anası Sevda Hüseynova isə oğlunun itkin kimi axtarıldığı ərəfədə, 2020-ci ilin dekabrında dünyasını dəyişib. Orxan evin kiçik oğlu olub, subay idi. Bir bacısı, bir qardaşı var. (Qafqazinfo)
 

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...