Anar Əsədlinin aktiv seçki təbliğatı davam edir: Bu dəfə Sumqayıtda vətəndaşlarla görüşdü - FOTO/VİDEO

Anar Əsədlinin aktiv seçki təbliğatı davam edir: Bu dəfə Sumqayıtda vətəndaşlarla görüşdü - FOTO/VİDEO
Kateqoriya məlum deyil
T
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli Masazırdan sonra ötən gün də Sumqayıta səfər edərək, seçicilərlə görüşüb.

Deputatlığa namizəd burada Qubadlı və Zəngilandan olan məcburi köçkünlərlə görüş keçirib. 

Seçiciləri mənzillərində ziyarət edən Anar Əsədli onları öz platforması ilə tanış edib, seçkilərdə aktiv iştiraka səsləyib.

Zəngilan və Qubadlıdan olan məcburi köçkünlər yaşadıqları binalarda ziyarət edildikdən sonra seçicilərlə geniştərkibli görüş təşkil olunub və Anar Əsədlinin seçki platforması ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Qarşılıqlı dialoq formasında keçən görüşdə seçicilər onları narahat edən məsələləri dilə gətirib, təkliflərini səsləndiriblər.

Anar Əsədli seçiciləri öz səslərinə sahib çıxmağa çağırıb: "Bu gün insanlarda belə bir fikir formalaşıb ki, seçkiyə getsəm nə olacaq, getməsəm nə olacaq. Ancaq belə düşüncə ziyanlıdır. Çünki seçki namusdur və seçkiyə gedib namusumuza sahib çıxmalıyıq. Təkcə sizlər yox, həyat yoldaşlarınız, övladlarınız, hamınız seçkidə iştirak etməlisiniz. Hər birinizi seçkidə aktiv olmağa çağırıram”.

Anar Əsədlinin Sumqayıt səfərindən hazırlanan videosüjeti təqdim edirik:




Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR