“Amerikanın səsi” Azərbaycandan üzr istədi

“Amerikanın səsi” Azərbaycandan üzr istədi
"Amerika səsi” radiostansiyası rəsmi facebook səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən «Human Rights Watch» təşkilatının açıqlamasını yayıb.

Sfera.az xəbər verir ki, təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq, Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edir. Bu məlumatı öz oxucuları ilə paylaşan "Amerika səsi” radiostansiyası isə saxta məlumatı yaymaqla kifayətlənməyərək , bu məlumata əsas olaraq Gəncədə Ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosunu paylaşıb. Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı , daha sonra ümumiyyətlə həmin xəbəri və fotonu öz rəsmi xəbər resurslarından çıxardıb.



OXŞAR XƏBƏRLƏR