\"Amerikada dərin dövlət olsaydı...\" - Politoloq Trampın yanlış qərarlarını açıqladı

\
"Amerikada dərin dövlət olsaydı, 4 il əvvəl Donald Trampın prezident seçilməsini bir yolla əngəlləyərdi, Ağ Evdə onun rəqibi daha təcrübəli Hillari Klintonun oturmasını təmin edərdi".

Sfera.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün "Facebook" hesabında yazıb.

Onun fikrincə, Amerikada iddia edildiyi kimi dərin dövlət olsaydı, aşağıdakılar baş verməzdi:

"Amerikada dərin dövlət olsaydı, Trampa prezidentliyinin son günlərində anladardı ki, "məğlub olmusan, ölkəni qarışdırma”. Amerikada dərin dövlət olsaydı, siyasətçilərini anladardı ki, NATO-dakı müttəfiqimiz Türkiyəyə qarşı sanksiyalar bu ölkəni düşmənimiz Rusiya ilə daha da yaxınlaşdıracaq, bu Amerikanın maraqlarına uyğun deyil. Amerikada dərin dövlət olsaydı, İraqda Səddam Hüseyn rejimini devirib bu ölkəni İranın müttəfiqinə çevirməzdi. Yaxın keçmişə də getsək, Amerikada dərin dövlət olsaydı, uzaq Vyetnamda müharibəyə baş qoşmazdı, deyərdi ki, "bizə nə kiçik ölkədəki kommunist rejimin qurulmasından”, əvəzində on minlərlə gəncini itirdi və yüz minlərlə vyetnamlını öldürdükdən sonra biabırçılıqla bu ölkəni tərk etdi. Amerikada dərin dövlət olsaydı...".
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR