Almatıda 165 polis maşınına ziyan vurulub

Almatıda 165 polis maşınına ziyan vurulub
Qazaxıstanın Almatı şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslər 165 polis avtomobilinə zərər vurub.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı şəhərin polis departamentinin Mətbuat xidməti yayıb.

Həmin avtomobillərdən 53-ü yandırılıb. Ümumilikdə isə zərər görən avtomobillərdən 64-ü tamamilə yararsız hala düşüb.

Bununla yanaşı, şəhərdə insidentlər zamanı 5 polis ofisi yanıb, Almalı rayonunun polis departamentinin və polis idarəsinin binasına zərər dəyib. Həmçinin hüquq-mühafizə orqanlarının 19 modul və 13 ekoloji postu yandırılıb.

Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Bu aksiyalar bir neçə gündən sonra kütləvi iğtişaşlara çevrilib. İğtişaşlar zamanı polis, hərbçi və hakimiyyət orqanlarına hücumlar edilib.

OXŞAR XƏBƏRLƏR