Almaniyada yaşayan azərbaycanlı alimdən koronavirusun mutasiyası ilə bağlı XƏBƏRDARLIQ

Almaniyada yaşayan azərbaycanlı alimdən koronavirusun mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev insanları gələcəkdə tətbiq ediləcək yumşalmalar zamanı qaydalara riayət etməyə çağırıb.

Sfera.az-ın məlumatına görə, azərbaycanlı alim bununla bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, əhali karantinin yumşaldılmasını virusun yoxa çıxması kimi başa düşməməli, özünütəcrid qaydalarına riayət  etməlidirlər: 

"Peyvəndlər tətbiq olunsa da, tibbi maskadan istifadə, sosial məsafəni gözləmək, zərurət olmadan evdən çıxmamaq kimi qaydalar virus tam yox olana qədər hər bir insanın həyat tərzi olmalıdır. 

Çünki dediyim kimi, əgər yumşalmalardan sonra insanlar qaydalara əməl etməkdən yayınsa, bu zaman virusa yoluxma halları yenidən artacaq və məcburən təkrar sərt karantin tətbiq edilə bilər”.

Tibb elmləri doktoru bildirib ki, bununla yanaşı, bir müddət əvvəl virusdan sağalanların yenidən infeksiyaya yoluxması nəticəsində COVID-19-un yeni mutasiyasının əmələgəlmə ehtimalı yaranır:

"Yəni, virusdan sağalan şəxs bir müddət sonra yenidən yoluxarsa, bu zaman virus onun orqanizmində formalaşan immunitetə qalib gəlmək üçün özünü dəyişdirir. Amma bu zaman insan özü-özünü xəstə kimi hiss etmir, yəni simptomlar olmaya da bilir.

Beləliklə, bu mübarizənin nəticəsində də virusun yeni mutasiyası yaranır. İngiltərədə olan yeni virus variantının mövcudluğu artıq Almaniyada da rəsmi olaraq təsdiqlənib.

Daha əvvəl bu variantdan fərqlənən virusun yeni mutasiyası Cənubi Afrikada da qeydə alınıb. Qeyd etmək istəyirəm ki, hazırda elmə məlum olan odur ki, yeni virus variantları və mutasiyalar xəstəliyin ağır gedişinə səbəb olmur. Yəni buna yoluxanlar digərlərindən ağır keçirmirlər. Bunlara görə ölüm sayları da çoxalmayıb”. 

"Əlimizdə olan elmi statistikalara baxdıqda görünən budur ki, bu virus variantları və mutasiyalar bu günə qədər olan virusla müqayisədə insanları daha çox yoluxdurur. Məsələn, əvvəl 10 adam 8 nəfəri yoluxdururdusa, indi 10 adam 14 nəfəri yoluxdura bilər və bu virusa xas şəkildə həndəsi silsilə ilə arta bilər.

Nəticədə isə xəstə saylarının çoxluğuna görə ölkələrin səhiyyə sistemləri dekompensasiya olub insanlara keyfiyyətli xidmət göstərməyə bilər ki, bu da ağır nəticələr verə bilər. Azərbaycanda isə yük yenə dövlətin üzərinə düşə bilər. Strategiyalar isə artıq hazır olmalıdır və biz ehtiyatı əldən verməli deyilik”, - deyə N.Abdullayev əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...