Allahın bizə göndərdiyi sehirli bitki…

Allahın bizə göndərdiyi sehirli bitki…
Reyhan – yaşıl yarpaqlarla oval və spesifik qoxusu ilə seçilən bu bitkinin 6 müxtəlif növü var. Reyhan güclü antioksidant xüsusiyyətlərə malikdir. Həçinin o xolesterol oksidləşmənin qarşısını alır, ürək və qan damarlarını qoruyur.

O, həmçinin romatoid artrit, astma, osteoartritin də qarşısını alır. Reyhan sağlamlıq üçün çox faydalıdır. Onun faydalı xüsusiyyətlərinə ilə bir daha nəzər salaq.

Təbii antibiotik.

Elmi araşdırmaya görə, reyhan immunitet sistemini gücləndirir. Güclü antiseptik və antibakterial xüsusiyyətləri var, və beləliklə, müxtəlif bakterial infeksiyaları müalicə edir.

Bu, bizim ürək və qan damarlarımızı qoruyur.

Reyhan – vitamin B6 və maqneziumla zəngin bir bitkidir. Maqnezium ürək tutmalarının qarşısını alır və ürək-damar sistemini gücləndirir.

Vitamin B6 Homosistein kimi zərərli elementlərin toplanmasının qarşısını alır. Bundan əlavə, bu bitki aritmiya riskini azaldır və əzələlərin rahatlığını təmin edir.

Bəs, mətbəxdə reyhandan nece istifadə edilir?

Reyhan – dünyanın bir çox mətbəxində əvəzsiz ədviyyatdır. Beləki, yemək sousunda reyhan istifadə etmək vacibdir.

Reyhanın çox dadlı və sağlam çayı olur. Təzə reyhan yarpaqları üzərinə isti su tökülür və dəmlənir. 8-10 dəqiqə gözləyib istifadə edin. Bu sizin orqanizminizdəki gərginliyı azaldacaq! //saqlamheyat.az

OXŞAR XƏBƏRLƏR