Alimlər laboratoriyada iki həftəlik insan embrionu yetişdirdilər

Alimlər laboratoriyada iki həftəlik insan embrionu yetişdirdilər
Amerika və Britaniya alimləri ilk dəfə laboratoriyada insan embrionu yetişdirməyə müvəffəq olublar. 
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə "Nature” jurnalında dərc edilmiş məqalədə deyilir.
İlk dəfə alimlər insan embrionunun ana bətnində olmadan bir neçə gündən çox inkişaf edə bildiyini sübut ediblər. Əvvəllər bunun mümkün olmadığını bildirirdilər. 
Təcrübələr Nyu-Yorkun Rokfeller Universitetinin alimləri tərəfindən keçirilib: 12 gün ərzində embrion laboratoriyada olmasına baxmayaraq, tamamən normal şəkildə inkişaf edib. 
Bu, böyük elmi irəliləyişdir, bu biliklərin sonsuzluq və hamiləliyin pozulması kimi bir çox xəstəliklərin müalicəsində yardımı olacaq.
Bu həmçinin alimlərə insan orqanizmi və hüceyrələrinin necə inkişaf etdiyini öyrənməyə imkan verəcək. 
Alimlər sınağı qanunvericilik məhdudiyyətlərinə görə dayandırmalı olublar. ABŞ və Britaniyada, eləcə də bir çox ölkələrdə "14 gün qaydası” qüvvədədir: insan embrionunu laboratoriyada 14 gündən çox kultivasiya etdirmək olmaz. 
Əvvəllər bu qaydadan heç kim şikayət etmirdi, belə ki, alimlər embrionu uzun müddət sağ saxlaya bilmirdilər. İndi isə alimlər qaydada göstərilən müddəti keçməmək üçün embrionu məhv etməli olublar. 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...