Ali məktəblərə ixtisas seçimi başa çatır

Ali məktəblərə ixtisas seçimi başa çatır
 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır. 

APA-nın xəbərinə görə, ixtisas seçimi saat 23:59-dək davam edəcək. 

Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. 

 

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.


OXŞAR XƏBƏRLƏR