Akar Azərbaycandan ABŞ-a mesaj verdi: \"Üslubunuz xoş deyil...\"

Akar Azərbaycandan ABŞ-a mesaj verdi: \
 

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycandan - Qəbələdən ABŞ-a mesaj verib.

Türkiyə mətbuatı bildirir ki, Akar ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ilə bağlı mövqeyini tənqid edib.

O bildirib ki, ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahanın S-400-lə bağlı Türkiyəyə göndərdiyi məktubun üslubu müttəfiqlik ruhuna uyğun deyil: "Bildiyiniz kimi, ABŞ Müdafiə naziri əvəzindən S-400-lərlə bağlı məktub aldım. Məktubun üslubu ilə bağlı toplumun həssaslığını bölüşürük. Məktubda mövcud problemlərin strateji ortaqlıq çərçivəsində  həlli istiqamətində gözlənti dilə gətirilsə də, üslub müttəfiqlik ruhuna uyğun deyil. Buna görə, gərəkli işlər görülür, gərəkli cavabı hazırlayırıq. Qarşıdakı günlərdə cavabımızı göndərəcəyik. Bundan başqa, bu ayın sonunda Brüsseldə NATO Müdafiə Nazirlərinin toplantısı var, orada da Şanahanla bir araya gələcəyik"

Akar daha sonra qeyd edib ki, sabah Şanahanla telefonla da danışacaq: "İstər bu telefon danışmasında, istərsə də digər təmaslarda Türkiyə dövlətinin məlum istək və tələbləri masaya yatırılacaq. Biz bundan sonra da eyni mövqe və davranışımızı davam etdirəcəyik".

Xatırladaq ki, ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahan aprelin 6-da Türkiyəyə məktub göndərib. Məktubda Türkiyənin Rusiyaya S-400-lə bağlı təlimə əsgər göndərməsindən narahat olduqları bildirilib. Əlavə edilib ki, S-400-ün alınması təqdirdə, F-35-lərin Türkiyəyə tədaürkü dayandırılacaq, Türkiyə bu layihədən kənarda qalacaq. Üstəlik, məktubda F-35-lərlə görə ABŞ-da təlimə göndərilən pilotların da geri göndəriləcəyi vurğulanıb/Strateq.az.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...