“Ağıllı olsun” - Toy qiymətini açıqlayan Şəbnəm Nigara da mesaj göndərdi - Video

“Ağıllı olsun” - Toy qiymətini açıqlayan Şəbnəm Nigara da mesaj göndərdi - Video

Tanınmış ifaçı Şəbnəm Əsədova (Tovuzlu) qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, Azxeber.com-a danışan ifaçı toy qiymətlərini açıqlayıb. Ş.Tovuzlu toya yarım saatı 3 min manata getdiyini deyib:

"Normaldır, yarım saatı 3 mindir, bütöv toy şəhərdə 5 min, bölgələrdə isə 6-7 mindir”. 

Müğənni geyimdə buraxdığı dəb xətasına görə onu tənqid edən həmkarı Nigar Camala da "Ağıllı olsun” - deyə mesaj göndərib.

Qeyd edək ki, bundan əvvəl də Nigar Camalla Şəbnəmin arasında qalmaqal yaşanmışdı. Belə ki, Tovuzlunun "Gucci" brendinin kəmərini tərs taxmasına Nigar "Gucci"yə görə canım ağrıdı" sözlərini qeyd etmişdi. Bu sözlər sosial şəbəkədə gülüşobyektinə çevrilmişdi. 

Həmin videomaterialı təqdim edirik: (yeni sabah)

 

OXŞAR XƏBƏRLƏR