Sİyasət

Aİ-nin xüsusi nümayəndəsi: “ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik”

Aİ-nin xüsusi nümayəndəsi: “ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik”
 

"Bakıya hazırki səfərimin məqsədi Azərbaycan rəhbərliyi ilə görüşlər keçirmək, Qarabağ nizamlanmasının hazırki vəziyyəti, hakimiyyətin və vətəndaş cəmiyyətinin bu məsələ ilə bağlı mövqeyi ilə tanış olmaqdır”. Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar "Turan” agentliyinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Aİ danışıqların iştirakçısı olmasa da, ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

 

"Prezident İlham Əliyev mənə hazırki vəziyyəti necə qiymətləndirdiyi, hansı çağırışların, hansı imkanların olduğu barədə məlumat verib. Bu ayın sonlarında Yerevana səfər etməyi və müzakirələri Ermənistan rəhbərliyi ilə davam etdirməyi planlaşdırıram", - deyə Aİ-nin xüsusi nümayəndəsi sözünə davam edib.

 

"Ermənistanda hakimiyyətin dəyişməsindən sonra münaqişənin sülh yolu ilə həlli şansı artıbmı?” sualını cavablandırarkən Toyvo Klaar qeyd edib ki, Ermənistanın yeni hökuməti "açıq şəkildə" sülh yolu ilə nizamlamaya və konstruktiv dialoqa sadiqdir. "Ermənistanın XİN başçısı və digər liderləri ilə bir sıra rəsmi və qeyri-rəsmi görüşlərin bizə bağışladığı təsir belədir", - deyə Klaar bildirib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930