"AGBank" Mərkəzi Banka borcunu qaytarmaqda davam edir

31 Mart 2019-cu il tarixində "AGBank"ın Mərkəzi Banka qalıq borcu (Mərkəzi Bankın banka qarşı tələbləri) 38 milyon 900 min manat təşkil edib. 
İlk rübdə "AGBank" Mərkəzi Banka olan borcundan 100 min manat qaytarıb. 2018-ci ilin sonunda "AGBank"ın Mərkəzi Bankdan cəlb etdiyi vəsaitin qalığı 39 milyon manat təşkil etmişdi.   "AGBank" Mərkəzi Bankdan cəlb etdiyi vəsaitdən 2017-ci ildə 5 milyon manat, 2018-ci ildə 1 milyon manat qaytarmışdı. 

OXŞAR XƏBƏRLƏR