AFFA dörd klubu cərimələyib

AFFA dörd klubu cərimələyib


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXII turunda yaşananlarla bağlı qərarlar verilib.

 

Nəticədə 4 klub cərimələnib. "Zirə”ylə oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Səbail” 800 manat cərimə olunub. Təcili tibbi yardım xidmətinin nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi olan zirəlilər də 800 manat ödəməlidir.

"Sabah”ın futbolçusu Kərim Diniyev "Qəbələ”ylə matçda ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.

 

"Qarabağ”la qarşılaşmanın 84-cü dəqiqəsində "Sumqayıt” azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimələnib.

 

OXŞAR XƏBƏRLƏR