Afaq Bəşirqızı: Ramiz Əzizbəylinin ətini yesəm də, sümüyünü heç kəsə vermərəm - VİDEO

Afaq Bəşirqızı: Ramiz Əzizbəylinin ətini yesəm də, sümüyünü heç kəsə vermərəm - VİDEO

ARB TV-də yayımlanan "Səhər-səhər” proqramında qonaq olan Xalq artisti Afaq Bəşirqızı həmkarı Ramiz Əzizbəyli ilə illərdir aralarında yaşanan qalmaqaldan söz açıb.

Sfera.az xəbər verir ki, Bəşirqızı səhər şousunda Əzizbəylinin müsahibələrin birində söylədiyi "Mən illərdir ki, onunla küsülüyəm. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanınıb uğur qazandı. "Bəxt üzüyü”ndən sonra Xalq artisti adını aldı. Heç barışmağa ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil” sözlərinə görə onu bağışladığını bildirib:

"Bu əsəri ("Bəxt üzüyü” - red.) Ramiz Əzizbəyli çəkdi. Filmdə oynayan hər bir aktyorun əzab-əziyyəti var. Bir aktrisa ilə nə teatr, nə tamaşa, nə də ki, film olmaz. Orada jurnalistlər Ramiz Əzizbəyliyə çox savadsız bir sual vermişdilər. O da çox kobud cavab vermişdi. İnsanın xasiyyətində ərköyünlük var, amma mənə qarşı çox ərköyünlük etdi.

 

Buna rəğmən, mən onu bağışladım. Çünki Ramiz Əzizbəylini illərdir tanıyıram. Ətini yesəm də, sümüyünü heç kəsə vermərəm. Mən Ramiz Əzizbəylini bağışlayıram. Amma mən o sözü heç bir mətbuatda, heç bir yığıncaqda, heç bir jurnalistə deməmişdim”.

Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinə səbəb 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə lentə alınan "Bəxt üzüyü” filmi olub. Ekran əsərində baş rolu ifa edən Afaq Bəşirqızının "Bəxt üzüyü”nə mənə görə baxılır” deməsi tərəfləri üz-üzə qoyub, onlar arasında qalmaqal yaşanıb. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...