Zaqatala seçkilərində ilginç gedişat

Zaqatala seçkilərində ilginç gedişat

 

110 saylı Zaqatala seçki dairəsi üzrə iddialılar arasında facebook sosial şəbəkəsi üzərindən reallaşan onlayn səsvermədə gözlənilməz nəticələr qeydə alınıb.


Sfera.az bildirir ki, adıçəkilən dairədən namizədlər Elşən Musayev və Nurlana Cəlil arasında keçirilən səsvermədə adı siyahıda olmasa da digər namizəd Fariz Həsənli Zaqatala seçiciləri tərəfindən daha çox xatırlanıb.


Zaqatalalı seçicilər Fariz Həsənlinin adının sorğuya salınmamasına etiraz ediblər və məhz onu millət vəkili görmək istədiklərini vurğulayıblar. Paylaşımın şərh bölməsində bir çox iştirakçılar adı olmamasına baxmayaraq Farizi Həsənlini səsvermənin qalibi elan ediblər.

 

Bildirək ki, onlayn səsvermə azxeber.com saytının facebook səifəsi üzərindən reallaşıb.


Sfera.az zaqatalalı seçicilərin böyük rəğbətini qazanmış Fariz Həsənlinin tərcümeyi-halından bəzi məqamları oxucuların diqqətinə çatdırır.


Fariz Həsənli "Afgan Holdinq”in Vitse Prezidenti olub. Eyni zamanda onun informasiya texnologiyaları sahəsində start-up layihələri rəğbət qazanmışdır. Onun start up layihələri beynəlxalq jürilər tərəfindən müsbət səciyyələndirilir.


Fariz Həsənli bir çox böyük dövlət və özəl proqram təminatı layihələrinə rəhbərlik etmişdir. Belə ki,Fövqladə Hallar Nazirliyinin Maliyyə, statistika, insan resursları və dövlət yanğın nəzarəti xidmətinin sisteminin avtomatlaşdırılmasına rəhbərlik etmişdir. Eyni zamanda nazirliklərarası məlumat mübadiləsini həyata keçirən layihənin rəhbəri olmuşdur.

 

Fariz Həsənli Azərbaycanda tanınmış kompüter mühəndislərindən biridir. Minlərlə gənc tələbələr arasında Fariz Həsənlinin keçdiyi informasiya texnologiyaları təlimləri məşhurluq qazanmışdır.

Fariz Həsənli Zaqatalalı ziyalı ailənin övladıdır və mərhum atası Ramazan Həsənov Zaqatalalıların sevdiyi həkim olmaqla yanaşı, bir müddət Zaqatalada baş həkim olaraq da çalışmışdır.

Fariz Həsənli çıxışlarında bildirmişdir ki, O Cənab Prezident İlham Əliyev və 1ci Vitse Prezident Mehriban xanım Əliyevanın islahat çağırışlarını dəstəkləyir və özü də əməli olaraq bu islahatlara dəstək olmaq üçün seçkilərə qoşulmuşdur.





OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...