No Image
No Image

“Adam dəhşətə gəlir…” – Mühacir müxalifətinin arxasında kimlər dayanıb?

“Adam dəhşətə gəlir…” – Mühacir müxalifətinin arxasında kimlər dayanıb?

"Son hadisələrlə tanış olanda adam dəhşətə gəlir”


Sfera.az-a açıqlamasında bu sözləri Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında "Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsini tələb etməsi və ümumi sahəsi 1500 kvadratmetr olan mənzillərə sahib olması məsələsinə aydınlıq gətirərkən Milli Məclisin deputatı Vahid Əhmədov deyib:


 


"Hazırda bilirsiniz ki, Respublika Prokurorluğunda bu işlərlə bağlı cinayət işi açılıb. Cinayət işində dediyiniz bu kimi məsələlərə də baxılır. Adam təəccüb edir. Bu insanlar heç nədən qorxmayaraq dövlət vəsaitindən öz şəxsi məqsədləri üçün istifadə ediblər.

 

 

Belə hadisələri çox pis qəbul edirəm. Deməli, kimlərsə vəzifəsindən sui-istifadə edərək prosesdən beləcə qanunsuz olaraq yararlanmağa çalışıb.

 

Ümumiyyətlə, tədricən hər şey aydınlaşır. Vaxtında deyirdik ki, xaricdə oturan həmin jurnalistlər Azərbaycandan maliyyələşir, buna inanmırdılar. Amma sonradan bəlli oldu ki, doğrudan da belədir. Əvvəlki çıxışlarımda dəfələrlə bunu qeyd etmişdim. Nəhayət dövlət başçısı qərar qəbul etdi, bir çoxları vəzifədən kənarlaşdırıldı və bundan sonra da ciddi nüanslar üzə çıxmağa başladı. Bu son hadisələrlə tanış olanda adam dəhşətə gəlir”.

 

 

Deputatın fikrincə, hadisələrin gedişi onu söyləməyə əsas verir ki, bəzi dövlət məmurları yalnız özünün və ətrafdakı bir neçə nəfərinmaraqları naminə işləyib:

 

"Millətin, xalqın maraqları naminə heç nə etməyiblər. Fikir verdinizsə, jurnalistlər üçün tikilən evlər məsələsində ortaya hansı oyunlar çıxdı. Prokurorluqda bununla bağlı cinayət işi açılıb. Yəqin ki, Respublika prokuroru bu məsələyə ciddi hüquqi qiymət verəcək. Əli Həsənovun və onun kimilərinin kimlərəsə qanunsuz olaraq çoxsaylı mənzillər verməsi inandırıcıdır, çünki vaxtilə kifayət qədər imkanları olub. Hansı ki, göründüyü kimi, bu imkanlardan da sui-istifadə ediblər”.

 

 

"Artıq o mənlik deyil”



Bunu isə açıqlamasında hüquqşünas Aslan İsmayılov deyib. O bildirib ki, yenidən həmin məsələlər barədə danışmaq istəmir:


"Bu barədə vaxtilə kifayət qədər fikir bildirmişəm. Ona görə də yenidən həmin məsələlərə qayıtmağa ehtiyac duymuram. Artıq o məsələ mənlik deyil”.


Elçin


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Səfər Mehdiyev Elman Rüstəmova meydan oxudu: İttihamları əsassızdır

"Ölkədən 1,1 milyard manat ekvivalentində nağd valyutanın çıxarılması məsuliyyətini Dövlət Gömrük Komitəsi Mərkəzi Bankın, MB-də DGK-nın üzərinə atır”.   ...

Erməni məmur Rüstəm Muradovu ölümlə HƏDƏLƏDİ

Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm...

DİN-dən toylarla bağlı AÇIQLAMA: "Restoranların fəaliyyətinə icazə verilməsi..."

Daxili İşlər Nazirliyi növbəti dəfə restoranlarda toy keçirilməsinə şərait yaradılması haqda məsələyə münasibət bildirib. Sfera.az xəbər verir ki, DİN Mət...

"Bu təzminat məsələsində də bizim mövqeyimizi gücləndirəcək" - UNESCO Azərbaycanla bağlı qərarını niyə dəyişdi?

Xəbər verdiyimiz kimi ölkə başçısı İlham Əliyev bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasını...

Rüşvətlə razılıq, qonaqların ayrı-ayrı saatlarda dəvəti və... – Gizli toylar belə keçirilir

Ötən günlərdə müğənni Xatirə İslamın toylarla bağlı açıqlaması ciddi səs-küyə səbəb olmuşdu. Belə ki, ifaçının "Azərbaycanda gün ərzində 500-dən çox gizli toy...

"Çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq" - Prezident vaksinlərin bölüşdürülməsindən DANIŞDI

"Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam...