“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?

“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?
Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının tanınmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Diplomların tanınmamasına əsas kimi sərhəd keçmənin və baza dil bilgilərinin yetərli olmaması göstərilir.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, xarici ölkələrdə təhsil almağa gedən gənclərin bir qismi təəssüf ki, əziyyət çəkmədən diplom almaq üçün gedənlərdir:

"Adətən diplomu tanınmayan şəxslər bu kateqoriyadan olanlardır. Hansı ki, onlar təhsil aldıqları ölkənin elementar dil biliyinə belə sahib olmur. Etiraf edək ki, tələbənin 4-5 il ərzində təhsil aldığı ölkənin dilini heç bilməməsi haqlı şübhələr doğurur. Hesab edirəm ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinnin yaranması ilə bu məsələ də həllini tapacaq. Diplomu tanınmayan vətəndaşlar bu qərarla razı deyilsə məsələni hüquqi müstəvidə yoluna qoya bilərlər. Problem məhkəmə səviyyəsində də həll edilə bilər”.
 
Ekspert diplomların pulla tanınması məsələsinə aydınlıq gətirib:

"Son günlər xaricdə təhsil alan vətəndaşların diplomunun ölkədə tanınması üçün onlardan pul istənilməsinə dair konkret faktlar yoxdur. Ola bilər ki, hansısa fırıldaqçılar bu kimi tələblər irəli sürsün. Belə olan təqdirdə də vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsini məsləhət görürəm”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR