“AccessBank” “PricewaterhouseCoopers” şirkəti tərəfindən 2019-cu il üzrə təsdiqlənmiş audit hesabatı açıqladı

“AccessBank” “PricewaterhouseCoopers” şirkəti tərəfindən 2019-cu il üzrə təsdiqlənmiş audit hesabatı açıqladı
 

"AccessBank” "PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb: //accessbank.az/upload/iblock/f9a/AccessBank%20CJSC%20FS_31.12.2019_EN.pdf

Hesabata əsasən, 2019-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 863 milyon manat təşkil edib. Belə ki, bankın aktivlərinin həcmində il ərzində 10.8% artım baş verib. 

Bundan başqa, "AccessBank”ın kredit portfeli 8.1% artaraq 564 milyon  manata çatıb. Bankın depozit portfelində isə  34.3% artım qeydə alınıb. 

Həmçinin bankın xalis faiz mənfəəti  49.8 milyon manata çatıb. Bu, 2018-ci illə müqayisədə 41.7% çoxdur.

Bundan başqa, "AccessBank” 2019-cu ildə xalis mənfəətə çıxıb -  4.7 milyon manat.

2019-cu ilin 31 dekabr tarixinə əsasən, "AccessBank”ın  kapitalı 94 milyon manat, subordinasiya borcu isə 22.4 milyon manat təşkil edib.

"AccessBank”ın ötən il üzrə maliyyə göstəricilərini şərh edən Anar Həsənov bildirib:

”Bankın 2019-cu il üzrə audit hesabatı PwC şirkəti tərəfindən həyata keçirilib. Hesabat bir daha sübut etdi ki, bankın maliyyə göstəriciləri beynəlxalq standartlara uyğun olaraq şəffaf tərtib edilib və bankın maliyyə durumunu özündə tamamilə əks etdirir.  Bankın 2019-cu ildə - rekapitallaşdırma ilində əldə etdiyi mənfəət stabilliyin və düzgün seçilmiş strategiyanın göstəricisidir. Missiyamıza sadiq qalaraq, biz Azərbaycan iqtisadiyyatının təməlini təşkil edən mikro, kiçik və orta sahibkarlığa hərtərəfli dəstək olmaqda davam edirik.”

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.


OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...