Ağcaqanadlar virus yayır: 1 nəfər öldü - Diqqətli olun!

Ağcaqanadlar virus yayır: 1 nəfər öldü - Diqqətli olun!
Şimali Kiprdə Qərb Nil virusu yayılıb.

Virus səbəbilə artıq bir nəfər - Hilmi Elibol adlı şəxs ölüb. 7 nəfər isə hazırda xəstəxanada müalicə alır.

Rəsmi qurumlar vətəndaşlara xəbərdarlıq edərək su hövzələrindən uzaq durmağı məsləhət görüb:

"Göl, hovuz, adicə dibçəklərə tökdüyümüz az miqdardakı su belə ağcaqanadlar üçün münbit şərait deməkdir. Bunun üçün evinizdə, yaxud ətrafda mövcud olan su hövzələrini qapayın. Uzun müddət hansısa qabda, yaxud bakda, hovuzda qalmış suları təzələyin. Köhnəlmiş suyu istifadə etməyin".

Qeyd edək ki, Qərbi Nil virusu Türkiyənin də bir neçə şəhərində müşahidə olunub.
 
yenisabah.az

OXŞAR XƏBƏRLƏR