“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə başlayıb – FOTO – VİDEO - FOTO - VİDEO

“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə başlayıb – FOTO – VİDEO - FOTO - VİDEO
 "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya Bakı şəhəri və Abşeron rayonunun ardından 50 saylı Abşeron-Qobustan seçki dairə üzrə deputat Şahin Seyidzadənin təşəbbüsü və Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə artıq Qobustan rayonunda da fəaliyyətə başlayıb.

Sfera.az xəbər verir ki, "Könüllü qərargahı” artıq rayonda öz işinə başlayıb. Qərargahın yaradılmasında əsas məqsəd Qobustan rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazımi kömək göstərilməsidir. Könüllülərin və Dövlət Sosial Müdafiə Fondu Qobustan şöbəsinin Sosial xidmət sektorunun birgə dəstəyi ilə vətəndaşlara sosial xidmətlər göstərilib.
Həmçinin qeyd edək ki, artıq Qobustan rayonu üzrə icra hakimiyyətinin təşəbbüsü ilə 100-dən çox 65 yaşdan yuxarı şəxsə qida məhsulları yardımı çatdırılıb.

Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə həyata keçirilən "Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənhalar üçün nəzərdə tutulub. Sosial xidmətçi və Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

Qobustan rayonu üzrə: (020) 2452230.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...