ABŞ ştatı Qarabağdakı qondarma respublikanı tanıyıb? - Rəsmi Bakının cavabı

ABŞ ştatı Qarabağdakı qondarma respublikanı tanıyıb? - Rəsmi Bakının cavabı


ABŞ-ın Kolorado ştatının senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı məlumat yayılıb.

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələ barədə açıqlama verib. XİN rəsmisi bildirib ki, aprelin 24-də Kolorado ştatının 35 nəfərlik senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib:

 

"Bu qətnamədə Ermənistan və qondarma "artsaxın” Türkiyə və Azərbaycan tərəfindən "blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni "xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir. Bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadı həmin qurumun tanınması kimi təqdim etməyə cəhd edib. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun "dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir”.


"Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

 

Ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub”, - deyə Leyla Abdullayeva qeyd edib.

 

 


oxu.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən yüksək pensiya Bakı sakinlərinə verilir - RƏQƏMLƏR

Azərbaycanda ən yüksək pensiya Bakı sakinlərinə verilir.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, paytaxtda 381 221 nəfər pensiya alır və...

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in "X&...

Daşkəsənə dolu düşdü - FAKTİKİ HAVA

Mayın 17-si saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidm...

Bağçalara elektron qəbul sistemi üzrə növbələrin yaradılması DAYANDIRILIR

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.   Bu barədə Sfera.az-a Məktəbəqə...

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

2023-cü il Kapital Bank üçün necə yadda qaldı?   Fərid Hüseynov: Təşəkkür edirəm, 2023-cü ildən danışsaq deməliyəm ki, hər şeydən öncə biz 2021-2023-...

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini ela...