ABŞ-ın 5 ştatında \"Xocalıya ədalət!\" aksiyası - FOTO

ABŞ-ın 5 ştatında \
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-ın Yuta ştatında yaşayan Yuta və Nyu-York Azərbaycan İcmalarının nümayəndələri Əsmər Hüseynova və Kamran Qarayevin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
 
Sfera.az xəbər verir ki, fevralın 25-də Xocalı soyqırımına dair həqiqətləri əks etdirən led ekranlı avtomobillər ABŞ-ın Corciya ştatının Atlanta, Tennesi ştatının Naşvil, Massaçusets ştatının Boston şəhərlərində, eləcə də Nyu-York və Vaşinqton şəhərlərində hərəkət edib. Ekranda üçrəngli dövlət bayrağımız, "Azərbaycan" sözü, "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub, fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", "63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib", "Erməni yazıçısı David Xerdiyan Xocalıdakı qəddarlığı etiraf edib" və s. məlumatlarla müşayiət olunub.

Aksiya 5 ştatdakı dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların, Ermənistanın səfirlik və konsulluqlarının yerləşdiyi, eləcə də insanların sıx hərəkət etdiyi küçə və meydanları əhatə edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...