ABŞ-da sarımsaq festivalında atəş açıldı: ölənlər var - VİDEO

ABŞ-da sarımsaq festivalında atəş açıldı: ölənlər var - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Gilroy şəhərində keçirilən sarımsaq festivalında atəş açılması zamanı azı üç nəfər həlak olub.

KSBW xəbər verir ki, ilkin məlumata görə, insident nəticəsində ümumilikdə 60-a yaxın insan xəsarət alıb.

Şübhəli şəxs saxlanılıb, lakin polis onun tək olmadığını ehtimal edir. Tutulan şəxsin adı açıqlanmır.

ABŞ Prezidenti Donald Tramp hadisə ilə əlaqədar bir nəfərin tutulması barədə məlumatı "Twitter” səhifəsində təsdiq edib və amerikalıları ehtiyatlı olmağa, özlərini qorumağa çağırıb.



OXŞAR XƏBƏRLƏR