ABŞ-da mobil telefonlar birbaşa internet peykinə qoşuldu

ABŞ-da mobil telefonlar birbaşa internet peykinə qoşuldu
"Lynk” şirkəti ABŞ, Böyük Britaniya və Baham adalarında yüzlərlə mobil telefonunu özünün internet üçün "Shannon” kosmik aparatına qoşub.

Sfera.az "Lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə "ArsTechnica” nəşri yazır.

Əlaqədən uzaq regionlardan qısa mətn ismarışların göndərilməsi üçün istifadə edilib və bunun üçün xüsusi avadanlığa ehtiyac duyulmayıb.

Məlumata görə, telefonun şirkətin peykinə qoşulması üçün bir neçə texniki problemi aradan qaldırmaq tələb olunur.

Hazırda "Shannon” aparatı kiçik enlik intervalları üçün gün ərzində yalnız bir neçə dəqiqə şəbəkəyə qoşulmanı təmin edir. "Lynk” şirkəti 2022-ci ildə 500 km hündürlükdə daha 10 bu cür peyk istifadəyə vermək niyyətindədir. Real zamanda fasiləsiz əhatəni təmin etmək üçün 1500 peykə ehtiyac duyulur.

OXŞAR XƏBƏRLƏR