ABŞ-da koronavirusdan rekord ölüm
21:54 / 03.12.2020
2892
Ötən sutka ərzində ABŞ-da 3157 nəfər COVID-19 infeksiyasının qurbanı olub.
Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti” Cons Hopkins Universitetinə istinadən məlumat yayıb.
Sözügedən rəqəmlər pandemiya dövrü üçün rekord say kimi yadda qalıb.
Ölkədə ümumilikdə 273 000 nəfərdən çox insan koronavirusdan ölüb.