ABŞ-da administrasiya dəyişikliyi Bakı üçün nə vəd edir? - RƏY

ABŞ-da administrasiya dəyişikliyi Bakı üçün nə vəd edir? - RƏY
"Cənubi Qafqazın yaxın gələcəkdə yeni Amerika administrasiyasının diqqət mərkəzində olacağını qətiyyətlə söyləmək olmaz. ABŞ-da administrasiya dəyişikliyi rəsmi Ankara və Moskvaya nisbətən Bakı üçün daha az problem vəd edir. Bayden dönəmində Vaşinqton və Tehran arasındakı münasibətlərdə həqiqətən "istiləşmə” olarsa, bu, Bakı üçün əlavə imkanlar yarada bilər”.

Sfera.az xəbər verir ki, bunu Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

Ekspert həmçinin Bayden administrasiyasının, şübhəsiz ki, Rusiya və Türkiyə üçün danışıqlar baxımından çətin ortaq olacağını qeyd edib: "Demokratik administrasiya hər zaman siyasi hüquq və azadlıqlara riayət olunmasına daha çox diqqət yetirib, bu isə bir çox Qərb siyasətçisinin həm Türkiyə, həm də Rusiya hökumətinə etirazlar etməsi üçün çoxdankı bəhanədir”.

Neyjmakovun fikrincə, bu cür etirazlar Amerika siyasəti üçün kifayət qədər adi haldır. "Qarşıdakı həftələrdə, o cümlədən yeni prezidentin andiçmə günü Donald Tramp tərəfdarlarının növbəti aksiyalarının keçirilməsi tam mümkündür”, - ekspert hesab edir. 

Qeyd edək ki, ABŞ Konqresi prezident seçkisinin nəticəsini dünən təsdiqləyib. Yanvarın 20-də Cozef Baydenin andiçmə mərasimi keçiriləcək. /Report



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...