ABŞ-a sərt reaksiya verəcəyik - Rusiyalı diplomat
22:47 / 16.04.2021
2892
Rusiya ABŞ-ın qarşıdurma siyasətinə adekvat, simmetrik və mütənasib cavab verir.
Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.
"Amerikalı diplomatların qovulması və ABŞ-ın Rusiyadakı səfirinə məsləhətləşmələr üçün Vaşinqtona getməsi tövsiyəsi Ağ Evin qarşıdurma siyasətinə adekvat və simmetrik bir cavabdır", - Slutski söyləyib.
Slutski ABŞ-ın hücumlarına sərt reaksiya veriləcəyini deyib:
"Əminəm ki, bu son əks-tədbirlər deyil, ABŞ-ın məhdudiyyətlərinin bütün spektri boyunca cavab verəcəyik".
(Axar.az)