Ağadadaş Ağayev Müsavata yer verməkdən imtina etdi

Ağadadaş Ağayev Müsavata yer verməkdən imtina etdi
 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının IX qurultayını Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Büllur” Şadlıq Sarayında keçirməyə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH-in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

Sfera.az bildirir ki, modern.az saytı  məsələ ilə əlaqədar "Büllur” Şadlıq Sarayının rəhbərliyi ilə əlaqə saxlayıb. Məlum olub ki, həmin obyekt uzun müddətdir şadlıq sarayı kimi fəaliyyətini dayandırıb. İndi həmin ərazidə "Büllur” kafe və mərasim evi fəaliyyət göstərir.

O da bildirilib ki, həmin obyektin rəhbərliyi Müsavatın qurultayının orada keçirilməsinə razı deyil. Bununla bağlı etiraz Müsavata da çatdırılıb.

Yaranmış mübahisəli vəziyyəti Müsavat Partiyası da təsdiqləyib. Müsavat başqanın müavini Səxavət Soltanlı deyib ki, yeni məkan axtarılır:

"Əvvəlcə o məkanla maraqlanmışdıq. Biz indi həmin yerlə əlaqə saxladıq, onlar bizim tədbirimizin keçirilməsinin mümkün olmadıqlarını bildiriblər. Yeni məkanla bağlı danışıqlar davam edir”.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə sədrlik uğrunda mübarizə aparacaq.

Bildirək ki, sözügedən obyekt populyar müğənni Ağadadaş Ağayevə məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...