9 ayda 3 dəfə koronavirusa yoluxan 101 yaşlı qadın – FOTO

9 ayda 3 dəfə koronavirusa yoluxan 101 yaşlı qadın – FOTO

Doqquz ayda üç dəfə koronavirusa yoluxaraq sağalan 101 yaşlı qadın xəstəxanadan evə buraxılıb.


Sfera.az xəbər verir ki, İtaliyada yaşayan 1919-cu il təvəllüdlü Maria Orsinger Covid-19 virusuna 3-cü dəfə qalib gəlib.

 

 

O, ilk dəfə koronavirusun meydana gəldiyi vaxtlar virusa yoluxub. Xəstəxanada müalicə alan qadın sağalaraq evə buraxılıb.


 

İki aydan sonra 2-ci dəfə yoluxub-sağalan Maria, noyabrın əvvəlində isə 3-cü dəfə virusa yoluxaraq tibb aləmini heyrətə salıb.

 

Maraqlısı odur ki, 101 yaşlı qadın gəncləri belə asanlıqla öldürən koronavirusa bu dəfə də qalib gəlməyi bacarıb.


 

Jalə Mehdi

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR