8 il öncəki ssenari niyə təkrarlanmır? - Müharibəyə rəğmən neftin bahalaşmasının əsas səbəbləri

8 il öncəki ssenari niyə təkrarlanmır? - Müharibəyə rəğmən neftin bahalaşmasının əsas səbəbləri
2014-cü ildən fərqli olaraq 2022-ci ildə Rusiya Ukraynada hərbi əməliyyatlara başlayanda neftin ucuzlaşmasını müşahidə etmədik, əksinə "qara qızıl”ın bir qədər də bahalaşmasının şahidi olduq. Proqnozlara görə hərbi-siyasi vəziyyətdə gərginləşmə davam edərsə, neft qiymətlərinin bir qədər də yüksəlməsi ehtimalı var.
 
Sfera.az xatırladır ki, 8 il əvvəl Rusiya Ukraynaya qarşı hərbi müdaxilə edəndə neftin qiyməti çox yüksək idi və qısa müddət sonra beynəlxalq birjalarda "Brent” neftinin dəyəri 108 dollardan 50 dollara, 2016-cı ilin yanvarında isə 35 dollara qədər gerilədi.

Neftin sürətlə ucuzlaşması Rusiya iqtisadiyyatına ciddi zərbə vurduğundan bu ölkə Ukraynadakı əməliyyatlarını qısa müddət sonra dayandırdı.

Rusiyanın 8 ildən sonra yenidən Ukraynaya hücum etməsi bu dəfə nefti bahalaşdırır. Müharibəyə qədər "Brent” neftinin qiyməti 80-85 dollar olduğu halda, müharibənin başlaması ilə qiymət 121 dollara kimi yüksəldi, hazırda isə "Brent” neftinin dəyəri 100-110 dollar intervalında dəyişir.

Bəs, ilk hərbi müdaxilə dövründən fərqli olaraq bu dəfə neftin ucuzlaşmasının qarşısını nə aldı? Niyə neft ucuzlaşmır?

2014-cü ildə neftin ucuzlaşması ABŞ hökuməti ilə Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlardan sonra mümkün olmuşdu. Qısa müddətdə Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, İraq və digər ölkələr neft hasilatını artırdı, bazarda neft bolluğu yarandı və nəticədə qiymətlər 3 dəfədən çox endi.

Amma bu dəfə nə Səudiyyə Ərəbistanı, nə də digərləri ABŞ-ın hasilatın daha çox artırılması ilə bağlı çağırışlarına məhəl qoymur. Onlar OPEC+ çərçivəsində əldə edilən razılaşmaya uyğun olaraq Rusiya ilə birgə hasilatın tədricən artırılmasına üstünlük verirlər.
Bu münasibətdən ilkin olaraq belə anlaşıla bilər ki, OPEC-in əsas üzvləri olan Yaxın Şərq ölkələri artıq ABŞ-ın mövqeyi ilə hesablaşmırlar, öz iqtisadi maraqlarına uyğun davranırlar.

Əslində isə belə deyil. Ciddi analitik mərkəzlərin şərhlərindən anlaşılır ki, iri neft istehsalçılarının qiymətlərin düşməsi üçün hasilatı kəskin artırmaması ABŞ-ın, Qərbin maraqlarına uyğundur.

Təcrübə göstərir ki, neft bazarında qiymətləri əlverişli etməklə hasilatın arzulanan səviyyəyə qədər artırılmasına nail olmaq və yüksək hasilat səviyyəsini uzun müddət qorunmaq mümkündür. Neft bazarının analitikləri hesab edir ki, yüksək neft qiymətləri neft hasilatının artmasını dəstəkləyir, daha bahalı neft layihələrinin icra edilməsini əlverişli edir. Buna görə də yüksək qiymətlər qaldıqda dünyada neft hasilatı davamlı artacaq və uzunmüddətli dövrdə Rusiya neftindən imtina edildikdə bazarda qiymət təlatümləri baş verməyəcək. Ekspertlərə görə qiymətləri 80-100 dollar həddində qorumaqla hasilatı artırıb Rusiyanı neft bazarından sıxışdırmaq olar.

Əvvəlki variantda yəni, daha qısa müddətdə hasilatı artırmaqla isə qiymətlərin sürətlə enməsinə nail olmaq mümkündür, lakin çox aşağı qiymət şəraitində hasilatı uzun müddət yüksək səviyyədə saxlamaq mümkün deyil. Bu şəraitdə Rusiya neftindən imtina çətin olacaq.  

Bu baxımdan Qərb Rusiyanı bazardan daha uzun müddət sıxışdırmaq üçün baha neft siyasətini əlverişli hesab edir.

Neft qiymətlərinin yüksək saxlanılmasını zəruri edən digər səbəb alternativ enerji mənbələrinə keçidin sürətlənməsidir. Neft baha olduqda yenilənən enerji texnologiyalarının tətbiqinə xərclənən pul artır və bununla da neft, təbii qazdan, kömürdən asılılıq azalır.

Beləliklə, yüksək neft qiymətləri qısa müddətdə Rusiya üçün əlverişli görünsə də,  uzunmüddətli dövrdə dünyanın rus neftindən imtinasını asanlaşdıracaq.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...