No Image
No Image

60 min ev şəhid ailələri və qazilərə, bəs yerdə qalan 30 min ev? - Köçkün evləri belə bölünə bilər

60 min ev şəhid ailələri və qazilərə, bəs yerdə qalan 30 min ev? - Köçkün evləri belə bölünə bilər
"Sosial evlər layihəsi çərçivəsində bu mənzillər aztəminatlı, çoxuşaqlı və gənc ailələrə verilməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında məcburi köçkünlər üçün tikilən 60 mindən çox mənzilin bütün Şəhid və Qazi ailələrinə verilməsindən sonra yerdə qalacaq təxminən 30 minə qədər mənzilin taleyi ilə bağlı müzakirələrə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Bütün haqqı çatan şəhid və qazi ailələri həmin binalarda mənzillə təmin edildikdən sonra dövlət balansında əlavə mənzillər qalacaqsa, təbii ki, bu evlərlə bağlı hansısa qərarların verilməsi lazım gələcək. Bu zaman ən yaxşı variant həmin mənzillərin sosial evlər layihəsi çərçivəsində aztəminatlı, çoxuşaqlı, yaxud da gənc ailələrə verilməsidir”.

Ekspertin fikrincə, bu mənzillər həmin kateqoriyadan olanlara sıfır faizlə və uzunmüddətli ipoteka krediti kimi verilməlidir: "Türkiyədə "sosial mənzil” adlanan layihə var. Bu ölkədə gənc ailələr mənzil sahibi olduqdan sonra icarə pulu verməklə həmin mənzillərə görə aylıq ödənişlər edirlər. Nəticə etibarı ilə 20-25 ildən sonra həmin mənzillərin tam hüquqlu sahibi olurlar. Belə bir mexanizmin Azərbaycanda da işləməsi yaxşı olardı”.

Elçin
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Brifinqin vaxtı məlum oldu - Karantin qaydaları sərtləşdirilir

Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözləni...

Pensiyalar artdı - RƏSMİ

Azərbaycanda pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb. Sfera.az xəbər verir ki, hazırda yaşa görə ...

“Komandir, ora bax...” - Ukraynalı pilot Leonid Kravets Xocalıda gördüklərindən danışdı

Xocalı soyqırımının ilk canlı şahidlərindən biri, soyqırımı barədə rəsmi Bakıya ilk xəbər verən, 2 gün sonra Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisi...

“Avtobuslar metronun da yükünü çəkir, çıxış yolu isə yoxdur...” – Nəqliyyat ekspertindən BƏDBİN AÇIQLAMA

Bakı metrosunun pandemiya ilə əlaqədar fəaliyyətini dayndırması alternativ nəqliyyat vasitələrində sıxlığa gətirib çıxarıb. Avtobuslarda müşahidə edilən sərni...

“Çoxluğu qızışdırmağa nə var ki?” – Deputatdan sosial şəbəkələrdəki təhlükəylə bağlı SOS SİQNALI

"Dövlət əleyhinə təbliğatda, kütlənin qızışdırılmasında ən çox canfəşanlıq edənlər dövlətdən gizli şəkildə faydalanan bloggerlər, siyasi subyektlər və qaranlı...

“Xəritələr heç Ermənistanın özündə də yoxdur, çünki...” – Minalardan necə yan keçməli?

"Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi təmin olunmalıdır. Bu məqsədlə Bakı Moskvanın əliylə Ermənistana daha təsirli təzyiq göstərməlidr. ...