6 yaşadək uşaqların qidalanması ilə bağlı VACİB MƏLUMATLAR

6 yaşadək uşaqların qidalanması ilə bağlı VACİB MƏLUMATLAR
 

1- 3 yaş arası və 3 - 6 yaş arası uşaqların qidalanması gündəlik qida maddələrinin miqdarına, rasionun qidalar tutumuna görə fərqlənir. Məktəbəqədər müəssisələrdə uşaqlara təqdim edilən qidalar həm də cəlb edildiyi texniki emala görə fərqlənirlər. Məsələn, 3 yaşa qədər uşaqlara qızardılmış balıq əvəzinə parda bişmiş balıq kotletlərinin verilməsi məqsədəuyğundur.

Trend Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına istinadən xəbər verir ki, 9-10 saat məktəbəqədər müəssisələrdə olan uşaqlar üçün 3 dəfə qidalanma təmin edilir. Bu da ümumi sutkalıq rasionun 75-80%-ni təşkil edir. Bu halda səhər yeməyi sutkalıq kalorinin 25%-ni, nahar 35-40%-ni, qəlyənaltı isə 15-20%-ni təşkil etməlidir. Məktəbəqədər müəssisələrdə 12 saat olan uşaqlar isə 4 dəfə qida ilə təmin edilməlidir ki, bu zaman naharla şam yeməyi arasındakı qidalanma sutkalıq kalorinin 10-12%-ni, şam yeməyi isə 20-25%-ni təşkil etməlidir.

Qidada enerji dəyərinin artırılmasının bir neçə üsulları var. Qidaya yağ və ya şəkərin əlavə olunması enerji dəyərini artırır. Lakin yağ (38 kC) şəkərlə (17 kC) müqayisədə daha böyük enerji dəyərinə malikdir.

Son araşdırmalara əsasən, qidada yağın miqdarı elə istifadə olunmalıdır ki, bu, ümumi kalorinin 30-40%-ni təşkil etsin. Uşaqların fiziki inkişaf dövründə enerji çatışmazlığı zamanı zülallar da enerji mənbəyi ola bilər. Zülallar xüsusilə südəmər və erkən yaşlı uşaqlar üçün olduqca vacibdir.

 

Belə ki boy artımı üçün aminturşular tələb olunur ki, bunlardan yeni hüceyrələr formalaşır (xüsusilə daxili orqan və əzələ hüceyrələri). Bütün aminturşular insan orqanizmini zülalların sintezi üçün vacib olan azotla təmin edir, lakin bəzi əvəz olunmayan aminturşular orqanizm tərəfindən sintez edilə bilmədiyi üçün qida vasitəsi ilə qəbul edilməlidir. Əks təqdirdə orqanizm öz zülallarından istifadə etməklə onları istehsal etməyə məcbur olacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...