3,5 milyard dolları olan məşhur azərbaycanlıdan qızıl kimi MƏSLƏHƏTLƏR

3,5 milyard dolları olan məşhur azərbaycanlıdan qızıl kimi MƏSLƏHƏTLƏR
 

Rusiyada yaşayan tanınmış azərbaycanlı milyarder övladları ilə bağlı maraqlı açıqlamalar edib.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, daşınmaz əmlak kralı hesab edilən Qod Nisanov müsahibəsində deyir ki, öz yaxın qohumları ilə biznes fəaliyyətini davam etdirsə də, uşaqları birdən-birə idarəetməyə buraxmağı düzgün hesab etmir: "Uşaqlara birdən-birə böyük tikə və gözəl kreslo vermək lazım deyil".

O əlavə edib ki, biznes tərəfdaşların İlya Zaxarov və İlham Rəhimovla birgə strateji idarəetmə qrupunda çalışır: "Şirkətin təsisçiləri simasında yaxın qohumlarımız çıxış edir. Onlar ancaq aktivlərin idarəolunması əməliyyatında iştirak edə bilirlər. Məsələn, mənim böyük qardaşım Lev "Avropa" idarəsində fəaliyyət göstərir".

Övladlaırnın şirkətin idarə olunmasına cəlb edilməsinə gəldikdə isə Q.Nisanov deyib: "Əgər valideyn işləyirsə o zaman uşaqlar həyatdan həzz alacaq, nəvələr isə nəvazişli bir həyat sürəcək". Mən isə öz oğlanlarıma demişəm: "Siz mənim nəvələrimin nəvazişli bir həyat sürməsini istəmirsinizsə, o zaman  özünüz çalışmalısınız, biz isə öz növbəmizdə  sizə dəstək olub, kömək edəcəyik".

"Əgər övladlarınız desə ki, ata, biz öz biznesimizi qurmaq istəyirik, sənin biznes fəaliyyətində iştirak etmirik, bəs o zaman necə olacaq" sualını  Nisanov belə cavablayıb: "Məsələn 2019-cu ilin martında Moskvada açılan və qastronom məhəlləsi hesab edilən "Depo" Vladislav Yusupovun ideyasıdır. O mənim yaxın qohumumdur. O Amerikada təhsil almış çox təcrübəli və professional menecerdir.  "Ukrayna" oteli ətrafındakı "Erwin", "Şef" və digər  ticarət obyektlərinin ideya müəllifləri yaxın qohumlarım və övladlarımdır. Odur ki, uşaqlara onların birdən oturub, əmr verməısi üçün böyük tikə və gözəl kreslo vermək düz deyil. Onlar gərək "aşağı"dan  işləyərək təcrübə öyrənməyə başlasınlar. Onlar  restoran üçün bazarlıq etməyi öyrənməli, personalla işləməyi, insanları qəbul etməyi öyrənməyi bacarmalıdırlar. Ondan sonra nəsə vermək olar. Səhvlər edib, ondan öyrənib, nəticə çıxarmağı bacarmalıdırlar".

O əlavə edib ki, səhvlərdən qaçmaq mümkün deyil: "Səhvlər qaçılmazdır və ondan kimsə sığortalanmayıb. Uşaqlar nə zaman səhv edirsə, onları başa salmaq lazımdır ki, nə üçün  belə etmək olmaz. Elə ola bilər ki, mən onları hadisənin təfərrüatının bütün detallarını aydınlaşdırılanadək idarəetmədən müvəqqəti də olsa uzaqlaşdıraram".

 

Qeyd edək ki, Nisanovun varidatı 3,5 milyard dollar qiymətləndirilir. 


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...