3 nəfər dəm qazında boğuldu

3 nəfər dəm qazında boğuldu

Bakıda üç nəfər dəm qazından dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Neftçala rayon sakini Aytən Ələkbərova Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev, Sabunçu rayonu ərazisində yaşayan Asifə Qasımova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR