2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual

2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual

"Deputat Kamaləddin Qafarov ölkənin ən böyük biznes oliqarxlarından biridir. Onun millət vəkili olmasına kim qərar verib, nəyə lazımdır, bunu hələ də anlamıram”.


Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarovun qanunsuz biznes sahələrinə nəzarət etməsi və parlamentdəki fəaliyyəti barədə danışarkən Fərqli Vətəndaş Hərəkatının sədri Günel Səfərova deyib:


"Kəmaləddin Qafarovun Milli Məclisin iclaslarında hansısa təkliflə çıxış etdiyinin şahidi olmamışam. Bəlkə də ola bilsin, üzvü olduğu parlamentin Səhiyyə Komitəsinin iclaslarında müəyyən təkliflərlə çıxış edib. Amma COVİD pandemiyası dövründə səhiyyə və sağlamlıqla bağlı məsələlərdə təmsil etdiyi sahənin nümayəndəsi olaraq onun da prosesdə töhfəsi olmalı idi. Amma bunu da görmədik”.

 

Həmsöhbətimiz K. Qafarovun təmsil etdiyi Binəqədi ərazisindəaztəminatlı əhali üçün ərzaq yardımı etdiyinə də toxunub:

 

"Bu barədə seçicilər mənə məlumat verib. Ancaq bilirik ki, deputatın əsas işi bundan ibarət deyil. Maskaların tapılmayan vaxtı heç olmasa həmin təmsil etdiyi ərazidə pulsuz maska paylaya bilərdi. Bu dövrdə özünə məxsus apteklərdə koronavirusla bağlı olan və qiymətləri kəllə-çarxa çıxan dərmanların qiymətini heç olmasa tənzimləyib aşağı sala bilərdi. Eşitmişəm ki, Binəqədi ərazisində yaşayan ankoloji xəstələrdən bəzilərini pulsuz müalicə etdirib”.

 

Günel Səfərova bildirdi ki, vəzifəli şəxslərin, deputatların bizneslə məşğul olması əslində qanuna ziddir. Amma görünən odur ki, bu qanunlar bəzi digər vəzifəlilər kimi, Kamaləddin Qafarova da aid deyil:

 

"Azərbaycanda dövlət satınalmaları və tenderləri bərbad vəziyyətdə keçirilir. Hətta Gürcüstanda belə bu proses elektron formada keçirilir. Azərbaycanda isə bu yoxdur. Ölkəmizdə tenderlər və satınalmalar, onların necə keçirilməsi ilə bağlı məlumatlar əlçatan deyil. "Azəri-Med" MMC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.

 

Bundan başqa bildiyimə görə, o Milli Onkologiya Mərkəzində müavin vəzifəsində qalmaqda davam edir. Həmçinin "Zəfəran” və "Elit” apteklər şəbəkəsi ona məxsusdur. Onun hətta xaricdə də biznesi var. Təəssüf ki, "Gəlir Bəyannaməsi” qəbul edilmədiyindən bu kimi deputatlar, vəzifəli şəxslər də prosesdən sui-istifadə edərək yararlanırlar.

 

Bu ölkədə ən ciddi problem korrupsiya və yüksək vəzifəli şəxslərin biznesi monopoliyaya almasındadır. Burada alim olmağa ehtiyac yoxdur. Sadə bir suala cavab vermək lazımdır. 2500 manat məbləğində maaş alan insan 10 milyonluq villada necə yaşaya bilər?

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...