21-ci əsr diplomatiyasının qarşısındakı yeni tələblər - deputat Könül Nurullayevanın şərhi

21-ci əsr diplomatiyasının qarşısındakı yeni tələblər - deputat Könül Nurullayevanın şərhi
 "Dünya nizamının sürətli dəyişmə dinamikası mürəkkəb bir sistemə çevrilən 21-ci əsr diplomatiyası qarşısında yeni tələblər qoyur. Belə ki, bu gün diplomatik münasibətlərin imperativləri çoxvektorlu xarici siyasət, inteqrasiya, eyni zamanda dövlətlərin milli maraqlarını təmin etməkdən ibarətdir".

Bunu millət vəkili Könül Nurullayeva deyib.

O, mövzunu şərh edərək, daha sonra qeyd edib: "Bu tendensiyanın şərtləri daxilində ən vacib məsələ xarici siyasətdə yeni, beynəlxalq dialoq formatlarını inkişaf etdirmək, eyni zamanda klassik mexanizmlərlə müqayisədə daha rəqabətli platformanın yaradılmasına nail olmaqdır. Bu kontekstdə xarici siyasətin prioritetlərinin reallaşmasında mühüm rol parlament diplomatiyası institutuna məxsusdur. Xüsusilə geosiyasi müstəvidə ən mürəkkəb situasiyalarda parlament diplomatiyasının imkanları da artır. Nəticə etibarı ilə parlament diplomatiyası beynəlxalq əməkdaşlığın effektivliyini artıran əsas vasitəyə çevrilir. Dövlətlər üçün vacib məsələ bu imkanlar dinamikasını qoruyub saxlamaqdır".

Deputat "Azərbaycan təcrübəsinə nəzər salaq - Azərbaycan parlament diplomatiyasının praktiki aspektləri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqla xarakterizə olunur" - deyə, qeyd edib: "Ümumiyyətlə, çoxsaylı beynəlxalq təşkilatların üzvü olaraq, Azərbaycan  çoxtərəfli diplomatiyanı dəstəkləyir və bütün müstəvilərdə konstruktiv platformaların təşəbbüskarı qismində çıxış edir. Milli Məclis üzvləri beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iş aparırlar və bu fəaliyyətin davamlılığı hazırda əsas prioritetdir.  Bu gün Azərbaycanın ali qanunverici orqanı ilə əməkdaşlıq edən təşkilatların qlobal qərar qəbuletmə proseslərinə cəlb olunması xüsusi önəm kəsb edir. Təbii ki, bu konteksdə dövlətin milli maraqlarının ən yüksək səviyyədə qorunması və təmsil olunması başlıca şərtdir. Ümumiyyətlə, milli maraqlar suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq prinsipi və s. ölkənin xarici siyasətinin əsas hərəkətverici qüvvəsidir. Bu mənada ali qanunverici orqan beynəlxalq münasibətlərdə "yumşaq güc" effektinə malikdir. Yəni, parlamentlərarası konfransların, parlamentin monitorinq sistemlərinin və rəsmi nümayəndə heyətlərinin tərkibində obrazlı şəkildə desək, "parlament gözü"nün olması mütləqdir. Bu kontekstdə vacib elementlərdən biri - beynəlxalq strukturlara inteqrasiya və xarici parlamentlə şəxsi əlaqələrin qurulmasıdır ki, Cənab prezidentin də bəyan etdiyi kimi, bu, milli maraqlar və dövlətçilik əleyhinə yönələn hər hansı sövdələşmə ilə səhv salınmamalıdır. Xüsusilə əksər beynəlxalq təşkilatlarda xalqların, ölkələrin qarşılıqlı münasibətinə destruktiv təsir göstərən "ikili standartlar" praktikasının aktuallıq kəsb etdiyi bir vaxtda Azərbaycan parlamenti də  öz imkanlarından çevik və səmərəli istifadə edərək, zəruri hallarda fəaliyyətini hücum diplomatiyası əsasında qurub. Aydındır ki, parlament diplomatiyası ilk növbədə qarşılıqlı əlaqə üçün açıq olan sabit tərəfdaş kimi dövlətin müsbət reputasiyasını qoruyub saxlamaqdan ibarətdir. Belə mürəkkəb şəraitdə beynəlxalq tribunalarda Azərbaycanın milli maraqlarının qorunmasına hesablanan arqumentləri daim gündəmdə saxlamaq, həqiqətləri dünya ictimaiyyətinə qəbul etdirmək zəruridir. Bu istiqamətdə atılan və bundan sonra atılacaq addımlar ölkəmizin mövqeyini daha da gücləndirəcək, Azərbaycanı beynəlxalq münasibətlər sistemində söz sahibinə çevirəcək".

OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...