Allahşükür Paşazadənin müşaviri vəfat etdi
10:36 / 24.01.2022
3619
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin müşaviri Xanlar Səlimxanov vəfat edib.
Sfera.az xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Mərhum Abşeron rayonunun Fatmayi kəndində yerləşən qəbirstanlıqda dəfn olunub.
Qeyd edək ki, X.Səlimxanov uzun illər dövlət orqanlarında çalışıb.
(report)