Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq

Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq
Azərbaycanda ilk dəfə Qış Olimpiya Oyunları canlı yayımlanmayacaq.

Sfera.az xəbər verir ki, Çinin paytaxtı Pekində keçiriləcək olimpiadanı heç bir telekanal ekranlara gətirməyəcək.

Daha əvvəl Pxençxan-2018 İdman TV-də, Soçi-2014 və Vankuver-2010 İctimai TV-də yayımlanıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

OXŞAR XƏBƏRLƏR