Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.

OXŞAR XƏBƏRLƏR