İlham Əliyev SƏRƏNCAM İmzaladı

İlham Əliyev SƏRƏNCAM İmzaladı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının İqtisadi Şurasının səlahiyyətləri artırılıb.

Belə ki, "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamının 6-cı hissəsində "Maliyyə Sabitliyi” sözləri "İqtisadi” sözü ilə əvəz edilir.

Bununla İqisadi Şura aqrar sahədə sığortanın inkişaf etdirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsini təmin edəcək.

Bundan öncə bu səlahiyyət Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında idi.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR