Səfərbərlik Xidməti çağırışçılarla bağlı məlumat yaydı

Səfərbərlik Xidməti çağırışçılarla bağlı məlumat yaydı
Azərbaycanda 2021-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə Sfera.az-a Dövlət Xidmətindən məlumat verilib.

27.09.2021-ci il tarixdən etibarən vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət” bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Erməni əsilli futbolçu Rusiya çempionatında dava saldı - VİDEO

Futbol üzrə Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Spartak”-"Dinamo” oyununda futbolçular arasında insident yaşanıb. Sfera.az xəbər v...

Şuşadan ilk zəng həyata keçirildi

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keç...

Bu işçilərin əməkhaqları artıb

2021-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 min nəfər və ya 0,8 faiz artara...

"Azəriqaz" rəhbəri qiymətlərin bahalaşma səbəblərini AÇIQLADI

Azərbaycanda təbii qazın qiyməti noyabrın 1-nə qədər köhnə qiymətlərlə hesablanacaq. Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin B...

"Bakıda 8-10 tələbə yığışıb bir evdə qalır" - Kirayə mənzil problemi nə vaxt bitəcək?

"Kirayə mənzil bazarında problemlər təxminən sentyabr ayının sonuna qədər ciddi şəkildə yaşandı, indi isə sabitlik yaranıb”.   Bunu Sfera.az-a açıqlaması...

Milli Məclisdən yeni qərar: Vətəndaşlar bu rüsumdan azad edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.   Sfera.az xəbər ve...