Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü- VİDEO/YENİLƏNDİ
15:31 / 26.06.2021
2035
14:54
Bakıda yaşayış binası yanır.
Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.
***
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi ilə məlumat daxil olub. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb və söndürülüb.