No Image
No Image

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı
"NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilməsi barədə həmin cəmiyyətin direktorunun müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, aparılmış istintaqla Hüseynova Samirə Əzizağa qızının 2018-2020-ci illərdə "NVC” MMC-də baş mühasib vəzifəsində işləyən zaman həmin cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pullar köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq "NVC” MMC-nin bank hesablarından həmin mallara görə fiziki və hüqüqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürməsinə, aldığı malları öz şəxsi ehtiyaclarına sərf etməsinə, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edərək pul vəsaitlərini nağdlaşdırıb talamasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə bağlı Samirə Hüseynovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda - mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı

"NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fizik...

Bakıda dələduzluğa görə həbs edilən xanım direktorla bağlı rəsmi açıqlama - Əri ilə birlikdə ...

Sahibkarlıq fəaliyyəti adı altında qanunsuz əməllər törədən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Sfera.az-a Baş Prokuror...

11 yaşlı qızın zorlanma iddiası ilə bağlı saxlanılan var - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara ba...

Doğma bacısını öldürən şəxs: "Gördüm, gecə yad kişinin itini tumarlayır..." - MƏHKƏMƏ

Bakının Səbail rayonunda Füzuli sakini, 2000-ci il təvəllüdlü Qalib Turabov bacısı Pərvanəni bıçaqlayaraq öldürüb. Sfera.az teleqraf.com-a istinadən bildi...

16 yaşlı qızına toy etmək istəyən ata polisə aparıldı - Azərbaycanda

Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib. Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseyn...

Bakıda polis əmrə tabe olmayan şəxslərə atəş açdı, yaralanan var

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Sfera.az xəbər verir ki, məlumatda deyilir: 2021-ci il mart ayının 29-da ...