“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” — Baş infeksionist

“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” — Baş infeksionist
Avropa ölkələrində yoluxmalar artsa da, karantin sərtləşdirilmir. Azərbaycan isə geriyə doğru irəliləyir. Ölkədə avqustun 1-dək xüsusi karantin rejimidir, iyulun 5-dək isə SMS-lə küçəyə çıxmağa icazə verilir.
 

Ancaq məsələ burasındadır ki, əksəriyyət sərt karantin rejiminin tələblərinə əməl etmir. İnsanlar küçələrdə, yollarda, parklarda, marketlərdədir. Bir çox vətəndaş gündə iki SMS yazaraq hərəkət sərbəstliyi icazəsini alır. Bu halda iki həftəlik karantinin rejiminin bir əhəmiyyəti qalırmı?

Həkimlər, ekspertlər də Operativ Qərargahı tənqid edərək atılan addımların effektiv olmayacağını söyləyirlər. Hətta professor Adil Qeybulla bildirmişdi ki, iki həftəlik sərt karantin rejimi ilə müsbət nəticə əldə etmək mümkün olmayacaq.

Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, Avropa ilə Azərbaycanı eyniləşdirmək olmaz. Onun sözlərinə görə, "qoca qitə”də hazırkı situasiya sərhədləri açmağa, karantini yumşaltmağa imkan verir, Azərbaycanda isə gedişat xoşagələn deyil və Avropa kimi addımlar atmaq üçün hələ tezdir.
"Ümid edirəm ki, iyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq. Amma biz yoluxmanın sayına baxmalı, gedişatı izləməli, təhlil aparmalıyıq. İndidən demək olmaz ki, bu iki həftədə hər şey yaxşı olacaq. Çünki insanlar səhlənkarlıq edir, maska taxmırlar, yas yerlərinə toplaşır, sərt karantin olsa da, küçələrdə, parklarda gəzirlər. Nə qədər söyləmək olar ki, lazımsız yerə küçəyə çıxmayın. Yoluxmanın artmasına səbəb olan amillər bunlardan ibarətdir. Əgər tövsiyələrə əməl edilsə, onda azalma olar”.

C.İsayev hələ də virusa barmaqarası baxanların olduğunu və bu səbəbə "qurunun oduna yaşın da yandığını” söylədi. O, insanların məsuliyyətsizliyinə nə ad verməli olduğunu bilmir: "Prezident neçə dəfə xəbərdarlıq edib, özü, xanımı, nazirlər maska taxırlar, cəmiyyətə nümunə göstərirlər. Amma ən çox cavanlar buna biganə yanaşırlar. Gənclər bu xəstəliyi ağır keçirmirlər, amma digər yaş qrupların nəzərə almalıdırlar”.

C.İsayev karantin tələblərinə əməl olunmasa yoluxmanın artacağını açıqladı. Onun sözlərinə görə, xəstəxanalarda artıq yer yoxdur, yüngül xəstələr ev şəraitində müalicə olunurlar. Baş infeksionist uşaqlarda koronavirusa yoluxmanın az olduğunu bildirdi: "Amma uşaqları qorumaq lazımdır. Bu, əsas vermir ki, uşaqlarda yoluxma faizi azdırsa, gigiyenik qaydalara əməl etməsinlər”.musavat.com

OXŞAR XƏBƏRLƏR

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...