Pərviz Abdullayevin qohumundan Acunla bağlı — ŞOK AÇIQLAMA

Pərviz Abdullayevin qohumundan Acunla bağlı — ŞOK AÇIQLAMA

 
Sfera.az "Futbol+"a istinadən xəbər verir ki, Acun Ilıcalının Türkiyə mediasına "Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu haqsızlıq olardı. Bütün ölkə vətəndaşları Pərvizə səs verib onu qalib edəcəkdi. Bu isə düzgün olmazdı. Pərviz güclü iştirakçı idi. Ancaq bu yarışda təmkinlə mübarizə aparmaq işə yaramır. Lazım olanda xarakter nümayiş etdirməlisən. Pərviz passiv oldu və yarışla vidalaşdı”, - deyə açıqlama verməsi də azərbaycanlı izləyiciləri qane etməyib.
Xatırladaq ki, hazırda Dominikanda olan idmançımızın əmisioğlu, "Kobra” İdman Klubunun direktoru Faiq Abdullayev də Acun bəyin fikiləri ilə razılaşmayıb: "Əvvəlcə onu bildirim ki, son ana qədər, daha dəqiq desəm, Pərviz telefonunu təhvil verən dəqiqəyə kimi "ACUN MEDİA”dan bizə deyilmişdi ki, Azərbaycandan da səs göndərmək olacaq. Ancaq yarışa başlayanda bildik ki, bu mümkün olmayacaq. Yalnız bank hesabı olan, onu telefonuna yükləyən azərbaycanlılar bunu edə bilərdi. Özünüz də bilirsiz ki, bu sistem çoxlarının telefonunda yoxdu. Sadə vətəndaşlar, Pərvizin çıxışını izləyənlər lazımi anda ona dəstək olmaq istəsələr də, bunu edə bilmirdilər. Acun bəyin açıqlamasıyla tanışam. Ancaq onun "belə halda başqalarına haqsızlıq etmiş olardıq” fikirləri ilə razılaşmıram. Azərbaycanın 10, Türkiyənin 80 milyondan çox əhalisi var. Bu o deməkdi ki, istənilən türkiyəli yarışmaçıya yetərincə səs vermək olardı. Pərviz ilk gündən favoritlər arasında idi. Ancaq gülməli bir addımla, xanımların əli ilə onu yarışdan uzaqlaşdırdılar. Pərviz yarışa rəng qatan iştirakçılardan biri idi. Onu tək Azərbaycanda yox, Türkiyədə də sevirdilər. Təəssüf ki, onu mücadilədən erkən yola saldılar. Hamı gözləyirdi ki, Pərviz finala qədər gedəcək”.
Faiq bəy yarışdan uzaqlaşdırılan əmisioğlunun hazırda Dominikanda qalmasının səbəbini də söyləyib: "O "Survivor”a qoşulanda əlaqə üçün mənim nömrəmi qoymuşdu. Ailə üzvləri, bizlərlə danışanda da mənimlə əlaqə saxlayırdı. Koronavirusla bağlı Tükiyənin hava məkanı bağlı olduğundan Pərviz hələ də Dominikandadı. Arada danışırıq. Özü də çox darıxır, qısa vaxtda vətənə dönmək istəyir. Lakin məlum səbəblərdən hələ gələ bilmir. Vəziyyəti yaxşıdı, onlar üçün xüsusi məkan ayrılıb və orda qalırlar. Onu deyim ki, bu gün saat 5-də efirə gedəcək "Panorama” verilişində Pərviz görüntülü efirə qoşulacaq. Kim istəsə, baxa bilər”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...