Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi!

Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi!
 

Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank of Baku, Yeni il ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daha bir uğurlu işə imza atıb.

Kimsəsiz uşaqlara yeni ilin möcüzəsini və sevincini bəxş etmək istəyən bank, bu dəfə bu şərəfli vəzifəni Bolkart müştəriləri ilə bölüşüb.

Belə ki, Bank of Baku 05 – 25 dekabr 2019-cu il tarixləri arasında Bolkart taksit və ya debet kartı ilə edilən alış-verişlər zamanı müştərilərin qazandığı BAL-ların (cashback) həcmi qədər vəsait ayıraraq sosial layihənin icrasına yönəldib.

Qeyd edək ki, kampaniya müddətində müştərilər də öz razılıqları ilə etdikləri alış-verişlərdən qazandıqları BAL-ları uşaqlara hədiyyə edə bilərdilər. Bunun üçün müştərilərin onlara kampaniya haqqında Bank tərəfindən göndərilmiş SMS-lərə "OK” cavabını yazmaları kifayət etdi.

Beləliklə, Bank of Baku minlərlə Bolkart müştərisi ilə əl-ələ verərək uşaqlara yeni il sevinci, yeni il həyəcanı və ən əsası yeni il ümidi bəxş etdi. Bankın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nəznində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinə” və "Ümid yeri” uşaq sığınacağına gedərək, 100 nəfərə yaxın xüsusi diqqət və qayğıya ehtiyacı olan uşağı Yeni il sovqatı ilə sevindirdi. Uşaqlara Yeni il şənliyi təşkil edərək onların kiçik ürəklərinə gözəl həyəcanlar bəxş edən Bank, eyni zamanda onlar üçün aldığı gündəlik tələbat məhsulları və yeni il hədiyyələrini təqdim edib.

Daima uşaqlara özəl sosial layihələr həyata keçirən Bank of Baku-nun bu dəfə Bolkart müştəriləri ilə birgə keçirdiyi layihənin gedişatını əks etdirən video çarxla aşağıdan tanış bilərsiniz:




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...